İrəvanda etirazçılar 45 polisi YARALADILARbackend

İrəvanda etirazçılar 45 polisi YARALADILAR

İyunun 3-də Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın iqamətgahı yaxınlığında nümayişçilərlə toqquşma nəticəsində 45 polis əməkdaşı yaralanıb.

Hokm.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

“Aksiya iştirakçıları təşkilatçıların səsləndirdiyi müraciətlərlə polisin qanuni tələblərinə tabe olmayaraq zorakılıq tətbiq etməyə, şüşə, daş, dəmir əşyalar atmağa başlayıb. Bu zaman xüsusi texnikadan istifadə edilməsinə qərar verilib. Yüngül səs-küylü xüsusi avadanlıqdan istifadə olunub”, – məlumatda deyilir.

Bundan əvvəl Səhiyyə Nazirliyi məlumat yayıb ki, iyunun 3-də baş verən toqquşmalarda 39-u polis olmaqla, 60 nəfər xəsarət alıb. Ermənistan İstintaq Komitəsi “kütləvi iğtişaşlar” maddəsi ilə cinayət işi açıb, 13 nəfər saxlanılıb.unikal.org

  •  (0)
  •  (0)