İrəvanda ara qarışdı, “Su-30″lar havaya qalxdı – VİDEObackend

İrəvanda ara qarışdı, “Su-30″lar havaya qalxdı – VİDEO

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

Hokm.az xəbər verir ki, baş nazir Nikol Paşinyan tələbi rədd edərək hökumət binasının önündə – Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin çoxməqsədli “Su-30” qırıcı təyyarəsi paytaxt Yerevanın üzərində manevrlər edib.

Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu hadisəni alqışla qarşılayıblar.

  •  (0)
  •  (0)