İrəvan ÇALXALANIR: Sabaha izdihamlı mitinq ELAN EDİLDİbackend

İrəvan ÇALXALANIR: Sabaha izdihamlı mitinq ELAN EDİLDİ

Sabah Ermənistanın paytaxtı İrəvanın Azadlıq Meydanında geniş miqyaslı mitinq keçiriləcək.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı 17 erməni siyasi partiyası birgə bəyanat yayıb.

Bəyanatda deyilir:

“Təəssüf ki, tariximizin ən biabırçı səhifəsi dünən yazıldı. Sabah saat 13:00-da hamını hazırkı vəziyyətdən çıxış yolunun təqdim ediləcəyi İrəvanın Azadlıq Meydanında keçiriləcək mitinqə dəvət edirik”.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl 17 erməni siyasi partiyası mövcud Baş nazir Nikol Paşinyanın və hökumətin dərhal istefasını tələb edən birgə bəyanat da yaymışdılar.

  •  (0)
  •  (0)