İrəvan Arutyuyanı Moskvaya SƏFİR GÖNDƏRİR – FOTObackend

İrəvan Arutyuyanı Moskvaya SƏFİR GÖNDƏRİR – FOTO

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyuyan İrəvanın Moskvadakı səfiri təyin ediləcək.

Hokm.az xəbər verir ki, bu barədə Ermənistanın “168 saat” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiya tərəfi onun səfir olmasına razılıq verib.

Ermənistan Prezidenti Armen Sarkisyan isə bununla bağlı hələ ki, müvafiq sərəncam imzalamayıb.

Qeyd edək ki, 64 yaşlı V.Arutyunyan 2020-ci il noyabrın 20-də 44 günlük müharibədən sonra Ermənistanın müdafiə naziri təyin olunub. 2021-ci il iyulun 20-də tutduğu vəzifədən azad edilib.

Ermənistanın Rusiyadakı indiki səfiri Vardan Toqanyan 2017-ci il martın 10-da bu vəzifəyə təyin olunub. “Report”

  •  (0)
  •  (0)