İraq prezidenti danışdı: “Sabitlik mümkün deyil”backend

İraq prezidenti danışdı: “Sabitlik mümkün deyil”

İraq Prezidenti Bərham Saleh Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında ölkəsinin problemlərindən danışıb.

Hokm.az Publika.az-a istinadla bildirir ki, İraq prezidenti çıxışında ölkəsində sabitlik təmin edilmədən regional əmin-amanlığa nail olmağın mümkünsüzlüyündən söz açıb.

“Ölkəmdən milyonlarla dollar rüşvət pul çıxarılır. Bunun üçün BMT-yə üzv dövlətləri bizə yardım etməyə çağırıram. İŞİD-ə qarşı koalisiya qurulduğu kimi, İraqda rüşvətlə mübarizə üçün də koalisiya yaratmağı BMT-dən xahiş edirəm. Çünki terror və rüşvət bir-birinə bağlıdır və bir-birini tamamlayır”, – B.Saleh vurğulayıb.

  •  (0)
  •  (0)