İraq “Bayraktar”a elçi düşdübackend

İraq “Bayraktar”a elçi düşdü

İraqın Müdafiə naziri Cuma İnad Türkiyə müdafiə sənayesinin uğurlu istehsalından biri, İkinci Qarabağ müharibəsində sınaqdan uğurla çıxan “Bayraktar TB2″yə elçi düşdüklərini açıqlayıb.

Hokm.az Publika.az-a  istinadla xəbər verir ki, nazir ölkəsinin bu pilotsuz uçuş aparatı ilə maraqlandığını bildirib. Cuma İnad “ATAK” sistemlərini də İraqın müdafiə arsenalına daxil etməkdə maraqlı olduqlarını vurğulayıb.

O, 6 ədəd pilotsuz uçuş aparatı almaq üçün Türkiyə tərəfi ilə danışıqlar apardığını və görüşlərin uğurla nəticələndiyini söyləyib.

  •  (0)
  •  (0)