İranın yerli istehsal peyvəndi “COVIRAN Bərəkət” təcili istifadəyə verildibackend

İranın yerli istehsal peyvəndi “COVIRAN Bərəkət” təcili istifadəyə verildi

İranın səhiyyə naziri Səid Nemeki COVID-19-a qarşı hazırlanmış yerli “COVIRAN Bərəkət” peyvəndinin təcili istifadəsinə icazə verildiyini açıqlayıb.
Hokm.az xəbər verir ki, İranın Mərkəz ostanının Əraq şəhərində tibb layihələrinin açılış mərasimində çıxış edən S. Nemeki yerli peyvənd üzrə gedən işlərin son vəziyyəti ilə əlaqədar danışıb.
Yerli peyvənd sayılan “COVIRAN Bərəkət”in təcili istifadəsinə icazə verildiyini qeyd edən nazir başqa bir yerli peyvənd “Pastor”a gələn həftədən, “Razi Cov Pars” və “Fahra” peyvəndlərinə isə yaxın zamanda icazə veriləcəyini bildirib.
“COVIRAN Bərəkət” peyvəndi İranda ilk dəfə ötən ilin 29 dekabrında uğurla sınaqdan keçirilib. Elmi araşdırmaların rəhbəri Məhəmməd Muhbirin qızı Təyyibə Muhbir peyvəndi ilk qəbul edən könüllü olub.
İkinci yerli peyvənd “Razi Cov Pars” isə fevralın 28-də 133 könüllü üzərində uğurla sınaqdan keçib.
Qeyd edək ki, pandemiyanın başlanmasından bəri İranda 3 milyondan çox COVID-19-a yoluxma faktı qeydə alınıb və 82 min insan xəstəlik səbəbilə ölüb.Sfera.az
  •  (0)
  •  (0)