İranın hərbi bazasına ZƏRBƏLƏR ENDİRİLDİ: Ölənlər və yaralananlar varbackend

İranın hərbi bazasına ZƏRBƏLƏR ENDİRİLDİ: Ölənlər və yaralananlar var

Suriyanın Deyrizor şəhərinin İraqla sərhədindəki Elbukemal rayonunda İran İnqilab Keşikçilərinin İmam Əli adlı hərbi bazasına ötən gün içində hava hücumu reallaşdırılıb.

Hokm.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi bölgədəki mənbələrdən informasiya əldə edib.

Kimə məxsus olduğu bilinməyən döyüş təyyarələrindən edilən hücum nəticəsində İran İnqilab Keşikçilərinin 3 üzvü ölüb, digər 4-ü isə yaralanıb.

İrandan isə hadisə ilə əlaqədar hələlik açıqlama verilməyib.

Sözügedən hava hücumuna görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

  •  (0)
  •  (0)