İrandan Qarabağ açıqlaması: bütün müsəlmanlar…backend

İrandan Qarabağ açıqlaması: bütün müsəlmanlar…

İranın böyük şiə təriqəti başçılarından biri Ayətullah Mərkərim Şirazi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mesaj yayımlayıb.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, Şirazi son günlərdə Dağlıq Qarabağdan narahatlıq doğuran xəbərlərin gəldiyini və diqqətlərin İslam dünyasının bu bölgəsinə çəkildiyini bildirib.

İranlı Ayetullah Merkarim Şirazİ'den Azerbaycan'a çağrı

“İllər əvvəl bu bölgəyə edilən zalım işğaldan sonra yenidən müharibə alovlandı və o torpaqlardakı məsum müsəlmanların qanı töküldü. Bir hissəsi isə ev-eşiyindən oldu. Yaşananların məsuliyyəti işğalçılara aiddir. Bütün müsəlmanlar Dağlıq Qarabağ bölgəsinin qurtuluşunu dəstəkləməlidir. Hər hansı vasitəçilik, müzakirə və qərarvermə prosesi bu bölgənin tamamilə müstəqilləşməsinə və İslam dünyasına geri qayıtmasına yol açmalıdır”.

  •  (0)
  •  (0)