İrandan Azərbaycana gətirilən bu məhsul da yararsız çıxdıbackend

İrandan Azərbaycana gətirilən bu məhsul da yararsız çıxdı

“Frei Group” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən 1000 kq zəncəfil məhsuluna baxış keçirilib.

Hokm.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

  •  (1)
  •  (0)