İranda PUA qəzaya uğradıbackend

İranda PUA qəzaya uğradı

İranın şimal-qərbində pilotsuz uçuş aparatları qəzaya uğrayıb.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, ölkənin şimal-qərbindəki Ərdəbil əyalətinin Parsabad-Moqan sərhəd bölgəsində bir pilotsuz uçuş aparatı qəza enişi edib.

Ərdəbil qubernatorunun müavini Behruz Nedai IRNA-ya açıqlamasında qəzanın baş verdiyini təsdiqləyib. Nedainin sözlərinə görə, PUA-nın haraya məxsus olduğunu müəyyənləşdirmək üçün istintaq aparılır.

  •  (0)
  •  (0)