İranda prezident seçkiləri keçirilirbackend

İranda prezident seçkiləri keçirilir

Bu gün İranda prezident seçkiləri keçirilir.

Hokm.az“Qafqazinfo”-ya istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30-da-red.) başlayıb. Seçkilər günü respublika ərazisində 66,8 minə yaxın seçki məntəqəsi açılıb.

İran vətəndaşları, həmçinin 133 dünya ölkəsinin 234 seçki məntəqəsində səs verə biləcək. Səsvermə hüququna malik iranlıların ümumi sayı 52 milyon 310 min nəfər təşkil edir.

Çərşənbə günü Məclisin (parlament) Qum şəhərindən olan deputatı Alireza Zakani, keçmiş vitse-prezident Mohsen Mehrəlizadə və Ali Milli Təhlükəsizlik Şurasının eks-katibi Səid Cəlili namizədliklərini geri götürdüklərini açıqlayıb. Dövlət başçısı postu uğrunda Qəbul edilən qərarların məqsədəuyğunluğu üzrə Şuranın katibi Möhsün Rezai, Ali Məhkəmənin sədri İbrahim Rəisi, parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və Mərkəzi Bankın sabiq rəhbəri Əbdünnasir Himməti  mübarizəni davam etdirirlər.

İranın indiki prezidenti Həsən Ruhani bu posta ardıcılı olaraq iki dəfə seçildiyindən öz namizədliyini irəli sürə bilməz.

  •  (0)
  •  (0)