İranda koronavirusa günlük yoluxma rekord həddə çatdıbackend

İranda koronavirusa günlük yoluxma rekord həddə çatdı

İranda son 24 saat ərzində koronavirusa yoluxma səbəbi ilə həyatını itirənlərin sayı rekord həddə çatıb.

Hokm.az xəbər verir ki, bir gün ərzində ölkədə 709 nəfər koronavirusdan vəfat edib. Bu isə virusun yayıldığı müddətdəki ən yüksək göstəricidir.
İranda koronavirus səbəbilə 359 şəhər “yüksək riskli”, 59 şəhər “orta riskli”, 30 şəhər isə “az riskli” olaraq qiymətləndirilib.

 

Ölkədə indiyədək iki doza üzrə 23 milyon 710 min vaksin insanlara tətbiq edilib. Hazırda sərt karantin rejimi davam edir və vətəndaşlara səyahətlə bağlı məhdudiyyətlər tətbiq edilib.
  •  (0)
  •  (0)