İranda hərbi təyyarə yerə çırpıldı – Pilotlar sağ çıxdıbackend

İranda hərbi təyyarə yerə çırpıldı – Pilotlar sağ çıxdı

İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hərbi təyyarə ölkənin cənub-qərbindəki Buşehr əyalətində yerə çırpılıb.

İlkin məlumatlara əsasən, təlim-məşq uçuşları keçirən zaman təyyarədə texniki nasazlıq baş verib.

Rəsmi açıqlamada bildirilib ki, təyyarədəki 2 pilot qəzadan sağ çıxıb. Təyyarənin modeli haqqında isə məlumat verilməyib.

Hokm.az

  •  (0)
  •  (0)