İranda 10 mərtəbəli bina çökdübackend

İranda 10 mərtəbəli bina çökdü

Bu gün İranın Abadan şəhərində “Metropol” biznes mərkəzinin 10 mərtəbəli binası çöküb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Hələlik hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Hadisə yerində xilasetmə briqadaları işləyir.

Yeri gəlmişkən qeyd edək ki, bu gün Sistan və Bəlucistan əyalətinin Sarcanqal məntəqəsi yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.

  •  (0)
  •  (0)