İrana ŞOK: daha bir mühüm generalı QƏFİL ÖLDÜbackend

İrana ŞOK: daha bir mühüm generalı QƏFİL ÖLDÜ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Haqq ölüb.

Hokm.az axar.az-a istinadla xəbər verir ki, bu məlumat müxtəlif İran KİV-lərində və sosial şəbəkələrin İran seqmentində yerləşdirilib. Onun koronovirusdan öldüyü bildirilib.

Rəsmi mənbələr məlumatı hələlik təsdiqləməyib.

Qeyd edək ki, Əli Haqq Suriya və İraqda SEPAH-ın məxfi əməliyyatlarının aparılmasında iştirak edən əsas şəxslərdən biri sayılırdı.

Bundan 4 gün öncə SEPAH-ın Qüds briqadasının komandanının müavini general Məhəmməd Hicazi ürək tutmasından vəfat etmişdi.

  •  (1)
  •  (0)