İran mediası Azərbaycanın Qarabağ zəfərindən yazıb-FOTObackend

İran mediası Azərbaycanın Qarabağ zəfərindən yazıb-FOTO

İran mediası Azərbaycanın Böyük Vətən Müharibəsində əldə etdiyi böyük hərbi və diplomatik zəfərdən yazıb. İslam Respublikasının ANAJ və AranNews İnformasiya Agentlikləri mövzu ilə bağlı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının məqaləsini dərc edib. Məqalədə qeyd olunur ki, Azərbaycanın Laçın şəhərinin də Ermənistanın uzun illərdir davam edən işğalından qurtulması ilə ölkəmiz 30 ildən sonra yenidən özünün ərazi bütövlüyünü təmin etdi.

Bildirilir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox qısa müddət ərzində Azərbaycan Silahı Qüvvələri bütün dünyanı heyrətə gətirəcək böyük uğurlar əldə edərək, ölkəmizin tarixi torpaqlarını geri qaytardı.

Milli Ordumuzun uğurlu hərbi əməliyyatlarından sonra bütün gücünü itirən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və bir sıra torpaqlarımız silah işlənmədən geri qaytarıldı.

F.Şahbazlı məqaləsində qeyd edib ki, Qarabağda erməni işğalının başa çatması regionda uzunmüddətli sülh və təhlükəsizliyə böyük töhfə verəcək:

“Azad olunmuş torpaqlarda müasir layihələrlə həyat yenidən canlanacaq, tarixi abidələr bərpa ediləcək. Bu tarixi qayıdış və geniş quruculuq işləri Azərbaycanın gələcək inkişafına öz mühüm töhfəsini verəcək. Azərbaycanda mövcud olan milli birlik sayəsində Azərbaycan hələ çox qələbələrə imza atacaq. Bu, özünü hərbi, diplomatik, iqtisadi və digər müstəvilərdə göstərəcək”.

F.Şahbazlı məqaləsində müharibə dövründə qonşu İranın siyasi mövqeyinə də münasibət bildirib: “Müharibə dövründə dost, qonşu və strateji tərəfdaş ölkəmiz olan İranın tutduğu ədalətli mövqe, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquqa göstərdiyi prinspial hörmət Azərbaycan xalqı və dövləti tərəfindən böyük diqqət və təqdirlə qarşılandı. Prezident İlham Əliyev öz çıxışlarında buna bir neçə dəfə diqqət çəkərək, yüksək qiymətləndirdi”.

  •  (1)
  •  (1)