İran-İraq sərhədində 5,3 maqnituda gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geologiya Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 14:28-də qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşirib. Zəlzələnin episentri İraqın Hələbcə şəhərindən 32 km cənub-qərbdə olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.
Hokm.az
















