İran Ermənistana humanitar yardım göndəribbackend

İran Ermənistana humanitar yardım göndərib

İranın Ermənistandakı səfirinin müavini Əli Məhəmməd Mottəqi ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyinin rəhbəri Anna Yaqzaryanla görüşüb.

Hokm.az Ermənistan İctimai Radiosuna istinadən bi ldirir ki, görüşdə Mottəqi, İranın Qızıl Aypara Cəmiyyətinin Qarabağ müharibəsinin erməni qaçqınlarına göndərdiyi yorğan, tibbi və mətbəx ləvazimatı kimi yardımları sözügedən quruma təhvil verib.

Tərəflər iki dost və qonşu ölkə və onun humanitar təşkilatları arasında dostluq əlaqələrinin genişlənməsini alqışlayıblar. Ermənistandakı ağır vəziyyətə toxunan Mottəqi hazırda atəşkəsdən sonra Ermənistanda yaşayan və bir çox problemlərdən əziyyət çəkən erməni qaçqınlarına təsəlli verib.milli.az

  •  (0)
  •  (2)