İran ermənilərin PUA-sını vurdu – İLK DƏFƏ – FOTObackend

İran ermənilərin PUA-sını vurdu – İLK DƏFƏ – FOTO

İran ərazisində Ermənistanın pilotsuz uçan aparatı (PUA) vurulub.

Hokm.az milli.az-a istinadən bildirir ki, İran-Azərbaycan sərhədini pozan PUA Ərdəbil vilayətinin səmasında vurulub.

Bu, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin erməni PUA-sını vurmaları ilə bağlı ilk hadisədir.

Vurulmuş PUA-nın tipi barədə rəsmi məlumat verilməsə də, onun Ermənistanın “Krunk” kəşfiyyat PUA-sı olduğu şübhə doğurmur.

Ermənilər “Kruk” vasitəsilə Qarabağ savaşında artilleriya kəşfiyyatı aparmağa, hədəfləri müəyyənləşdirəndən sonra həmin koordinatlara artilleriya zərbələri endirməyə çalışırlar.

  •  (0)
  •  (0)