İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Vimay-Med” MMC-ni məhkəməyə verib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barıdı İdarə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, dövlət qurumu vergi məsələləri barədə tələb irəli sürüb.
İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılır.
Qeyd: Mətbuatda yayılan məlumata görə, “Vimay-Med” MMC Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İradə Gülməmmədovaya məxsusdur.
Xatırlatma: İ.Gülməmmədova bu il yanvarın 19-da Abşeron RİH-in başçısı vəzifəsindən azad edilib.
“Vimay-Med” MMC barəsində daha əvvəl müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilmişdi.