İradə Əlilinin “Zəfər Yolu” təqdim olundu – FOTOLARbackend

İradə Əlilinin “Zəfər Yolu” təqdim olundu – FOTOLAR

Tanınmış yazar, şair-publilist İradə Əlilinin Qarabağ həqiqətlərindən bəhs edən kitablarının təqdimatı keçirilib.

Hokm.az xəbər verir ki, bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında İradə Əlilinin “Bir damla göz yaşında torpaq həsrəti”, ”Laçın həsrətim”, ”Zəfər yolu”, “Xocalı Şahidlər danışır”  kitablarının təqdimat mərasimi oldu.  Müəllifin tədbir zamanı  bir az əvvəl təqdimatı keçirilmiş “Xocalı Şahidlər danışır” kitabının holland və niderland dillərində tərcümə olunmuş nüsxələri də təqdim olundu.

Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, qazilər, iş adamları, tanınmış incəsənət nümayəndələri və müəllifin oxucuları iştirak etdilər. Tədbir iştirakçıları çıxışlarında İradə xanıma  ürək sözlərini bildirirərək Qarabağ həqiqətlərəninin  təbliğatı yolunda öz tövhəsini verdiyinə görə təşəkkür etdilər.

Qeyd edək ki, “Zəfər yolu” kitabının həmmüəllifi Vüqar Hacıyev, ”Laçın həsrətim” kitabının həmmüəllifi isə Sevinc Rzadır. “Xocalı Şahidlər danışır” kitabını Finlandiyada yaşayan Avropa Azərbaycanlıları Konqresinin Baş Katibi Arzu Oqtay Finland dilinə, Hollandiyada yaşayan Niderland Belçika Koordinasiya şurasının əlaqələndirici üzvü İkanə Yusifova isə  holland dilinə çevirmişlər.

Müəllif tədbirin sonunda imzalı kitablarını oxucularına hədiyyə edib.

  •  (0)
  •  (0)