İqtisadiyyatın “şəkərini, təzyiqini ölçən alət” niyə inkişaf etmir?backend

İqtisadiyyatın “şəkərini, təzyiqini ölçən alət” niyə inkişaf etmir?

“Fond bazarı olmayan “müasir iqtisadiyyat torpağı” hələ də öküzə-ata qoşulmuş kotanla-xışla becərmə dövründə ilişib qalan iqtisadiyyatla müqayisə oluna bilər. Yəni bu qədər primitiv”.

Hokm,az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanda fond bazarının hazırkı inkişaf səviyyəsini qiymətləndirən iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

Ekspert bildirib ki, ən son açıqlanan qiymətli kağızlar bazarı statistikasına görə, Azərbaycanda bu bazarın 98 faizindən də bir qədər çoxu dövlət sektoruna (dövlətin maliyyə-kredit institutlarına) məxsusdur: “Özəl sektorun payı hətta 2 faizdən də azdır – yəni faktiki olaraq yoxdur. Bu hissəyə onu da əlavə edim ki, özəl sektorun da fond bazarında hətta bu səviyyədə məhdud iştirakçılığı formal xarakter daşıyır. Çünki bu pay əsasən banklara məxsus ilkin bazarda qeydə alınmış səhmlərdir, təkrar bazarda onların ticarəti yoxdur”.

R.Ağayevin sözlərinə görə, iqtisadiyyatın şəffaflaşması, sərvətlərin adil bölüşdürülməsi, bütün subyektlərin sahib olduqları yığımları yatırmaq üçün geniş seçim imkanı qazanması ilə fond bazarının inkişaf səviyyəsi arasında birbaşa əlaqə var: “Fond bazarı iqtisadiyyatın qan təzyiqini, şəkərini ölçmək üçün alətdir. İqtisadiyyat mənfəətlə, yoxsa zərərlə işləyir, iqtisadiyyat investoru cəlb edir, yoxsa qaçırır – fond bazarı gözə görünən-görünməyən bütün proseslərin hamısını göz önünə sərir”…

  •  (0)
  •  (0)