İqbal Ağazadə: “O döydüyünüz şəxslər sizinlə eyni millətin övladları deyilmi?”backend

İqbal Ağazadə: “O döydüyünüz şəxslər sizinlə eyni millətin övladları deyilmi?”

“Sosial şəbəkələrdə karantin rejimini pozan vətəndaşlarımızla polis əməkdaşlarının davranışını əks etdirən bir neçə videomateriallara rast gəldim. Təəssüflə qeyd edim ki, bütün davranışlar qanunazidd və aşırı güc tətbiq etməyə söykənirdi. Nədən öz insanımızla bu cür rəftar olunmalı, nədən insanları döyməlisiniz?”

 

Hokm.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə deyib.

 

“O döydüyünüz şəxslər sizinlə eyni millətin övladları deyilmi? Heçmi xeyirdə, şərdə o insanlarla üz-üzə gələcəyinizi düşünmürsünüz? Bu zorakılıq nədən irəli gəlir? İnsan da vəzifəsinə ya fiziki imkanlarına güvənib başqasını döyərmi? Düşüncəniz yetmirsə qanundan qorxun. Səlahiyyətli şəxslər, iqtidar yetkililəri bunları görmürmü? Dayanın, toxtayın… Hələ heç bir ölkədə xalqı ilə belə davranışların sonu kimsəyə xeyir gətirməyib. Vətəndaşlarımızı da karantin rejiminin tələblərinə riayət etməyə çağırıram” – İ.Ağazadə qeyd edib.

 

  •  (8)
  •  (1)