İqbal Ağazadə: “Biz ədaləti Şuşada satılan gördük”backend

İqbal Ağazadə: “Biz ədaləti Şuşada satılan gördük”

“Doğru və ya yanlış, bu hadisə baş verib və bizim vəzifəmiz sona qədər Ramil Səfərovu müdafiə etməkdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sabiq deputatı, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

 

“Ramil Səfərovların uşaqlıq dövrünü, dədə-baba yurdunu, normal yaşayışlarını əlindən alanları durdurmaq istəməyənlər, dəstək verənlər bu gün bizdən ədalət ummasınlar. Biz ədaləti Xocalıda qətl edilən gördük, biz ədaləti Şuşada satılan gördük, biz ədaləti Qarabağ işğal olunanda, bir milyon insan qaçqın düşəndə susan gördük… Biz ədalətliyik, həm də çox… lakin Qarabağı işğaldan azad etdikdən sonra…” – İ.Ağazadə qeyd edib.

  •  (2)
  •  (2)