İordaniyada koronavirus məhdudiyyətlərinə görə etirazçılarla polis arasında toqquşma baş verdibackend

İordaniyada koronavirus məhdudiyyətlərinə görə etirazçılarla polis arasında toqquşma baş verdi

İordaniyada koronavirusla bağlı məhdudiyyətlər səbəbilə etiraz aksiyası keçirən vətəndaşlarla polis arasında toqquşma baş verib.

Bu barədə AFP məlumat yayıb.

Nümayişlər paytaxt Amman və digər şəhərlərdə keçirilir. Etirazçılar avtomobil şinlərini yandırıb və hüquq-mühafizə orqanları əməkdaşlarını daşqalaq ediblər. Buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib.

  •  (1)
  •  (2)