İntihar etmək istəyən gəncin ailəsinə görüntülü zəng etdibackend

İntihar etmək istəyən gəncin ailəsinə görüntülü zəng etdi

Türkiyədə intihara cəhd edən gənc qurtarılıb.

Hokm.az unikal.org-a istinadən bildirir ki, hadisə Kartal ərazisində qeydə alınıb. Belə ki, gənc binanın damına çıxaraq intihar etmək istəyib. Əraziyə çox sayda xilasetmə qrupları və polislər cəlb olunub.

Polislər danışaraq gənci razı salmağa çalışsalar da, onların nəticələri uğursuz olub.  Lakin son anda gəncin tanışı onu ölümdən xilas edib. O, gəncin ailəsinə görüntülü zəng edərək, onları danışdırıb. Bundan sonra gənc intihar etməkdən çəkinib.

Ətrafdakı insanlar şəxsin bu hərəkətini alqışlayıb.

  •  (0)
  •  (0)