ABŞ-da ilk beyin-kompüter interfeysinin kommersiya sisteminin klinik sınaqlarına başlanılıb.
Hokm.az xəbər verir ki, bu barədə “Aroged” xəbər portalı məlumat yayıb.
İlkin mərhələdə sistemin təhlükəsizliyinin təsdiqlənməsi, eləcə də düşüncə gücünün rəqəmsal qurğular ilə effektiv işləmək qabiliyyətinin yoxlanılması həyata keçirilir.
İmplantasiya zamanı çiplərin elektrodları qan damarlarından beyinə keçir və implantasiya əməliyyatı təxminən iki saat çəkir. Daha sonra maşın beyin fəaliyyətini elektrik siqnallarına çevirməyə başlayır və üzərində eksperiment aparılan insana mətn mesajları, e-poçt, onlayn alış-veriş və ya digər işləri yerinə yetirməyə imkan verilir.
Bu əməliyyatlarla “Synchron” şirkəti məşğul olur. Əgər klinik sınaqlar uğurlu olarsa, o zaman “Synchron” bu məhsulu kommersiya əsasında bütün əldə etmək istəyənlərə satmağa başlayacaq – çiplər əsasən iflic olan xəstələrə kömək etmək üçün nəzərdə tutulub.
Qeyd olunur ki, “Synchron” tanınmış rəqibi, beyinə implantasiya edilən çiplərin hazırlanması və istehsalı ilə məşğul olan İlon Maskın “Neuralink” şirkətini qabaqlayır./Oxu.az/