İnsan ölüm ayağında görün nəyi xatırlayır – BU YENİLİK HƏR KƏSİ ŞOKA SALDIbackend

İnsan ölüm ayağında görün nəyi xatırlayır – BU YENİLİK HƏR KƏSİ ŞOKA SALDI

Ölü beynini müayinə edən həkimin araşdırması elm dünyasında yeniliyə səbəb olub.

Hokm.az  xəbər verir ki, Kanada alimləri ilk dəfə ölüm ayağında olan bir insanın son beyin fəaliyyətini qeydə alıblar.

Epilepsiyadan müalicə alan 87 yaşlı xəstənin beyin fəaliyyəti elektroensefaloqrafiya (EEQ) ilə yoxlanarkən qəfil infarkt keçirib. Xəstə elektroensefaloqrafiyaya görə dünyasını dəyişərkən, onun son beyin fəaliyyəti 15 dəqiqə ərzində qeydə alınıb.

Alimlər müəyyən ediblər ki, ölən insanın beyni insan beyni ilə eyni “yuxular görən, keçmişi xatırlayan və ya meditasiya edən” fəaliyyətləri yerinə yetirir.

Araşdırmanın rəhbəri Dr. Ajmal Zemmar ölümdən əvvəl beynin insan həyatındakı mühüm anları sonuncu dəfə xatırlaya biləcəyini bildirib.

Araşdırmanın nəticələri “Frontiers in the Neuroscience of Aging” jurnalında dərc olunub.azxeber.com

  •  (0)
  •  (0)