İnsan Hüquqları Komitəsi QHT-lərlə video-konfrans keçiribbackend

İnsan Hüquqları Komitəsi QHT-lərlə video-konfrans keçirib

4 sentyabr 2020-ci il tarixində Milli Məclisin Komitə sədri Zahid Oruc ölkəmizdə fəaliyyət göstərən bir sıra tanınmış qeyri hökumət təşkilatları ilə virtual platforma üzərindən görüş keçirib.Konfransın mövzusunu“Azərbaycanda İnsan Hüquqlarının vəziyyəti: hüquqi-normativ aktların təkmilləşdirilməsi yönündə dövlət və vətəndaş cəmiyyətinin birgə səyləri” təşkil edib.
Hokm.az xəbər verir ki, müzakirələrin gündəliyinə “Azərbaycanda insan hüquqlarınınmüdafiəsi ilə bağlı mövcud vəziyyət, aktual məsələlər; insan hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi yönündə  fəaliyyətin yeni  mərhələsi: təkliflər, tövsiyyələr, mövqelər; insan hüquqlarının müdafiəsi ilə bağlı  yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın,birgə layihələrin əsas  istiqamətləri kimi məsələlər müzakirə edilib.
Konfransın açılışını elan edən Milli Məclisin İnsan Hüquqlarının sədri Zahid Oruc il növbədə konfrans iştirakçılarına təşəkkür edərək ölkəmizin gələcək inkişafında hakimiyyət, cəmiyyət və QHT-lər arasındakı sıx əməkdaşlığın mühüm rolu olduğunu qeyd edib. Son dövrlərdə Prezidentin həyata keçirdiyi islahatların müsbət nəticələrindən bəhs edən Zahid Oruc dövlətin QHT-lərə böyük önəm verdiyini vurğulayıb və yüksək hakimiyyət təmsilçilərinin müxtəlif ictimai-siyasi qüvvə təmsilçiləri ilə görüşlərini məhz prezidentin elan etdiyi “Yeni Kurs” siyasəti ilə əlaqəli olduğunu bəyan edib.
Digər tərəfdən, parlamentin yeni rəhbərliyi prezidentin bu ilin10 mart tarixli açılış nitqində irəli sürülən əsas ideyalardan çxış edərək, müxtəlif ideologiayalar vəbaxışlar arasında konsensusun tapılması, vətəndaşlarımızın hüquqi mənafelərinin qorunması yolunda ardıcıl və sistemlə fəaliyyyətə hazır olduğunu bildirib və istər qanunvericilik sistemində zəruri olan dəyişikliklər, istərsə də daha geniş platformalarda əmədaşlıq imkanlarının yaradılması və insan hüquq və azadlıqların təminatı sahəsində uğurlarla yanaşı, problemlərin də müzakirəsinə hazır olduğunu nümayiş etdirir.
Konfransda, D. Əliyeva adına Azərbaycan Qadınların Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Azərbaycan-Milli QHT Forumunun sədri Rauf Zeyni,Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli,”Gənc Liderlər” Təhsil-Təlim və İnkişaf İctimai Birliyinin sədri Səbinə Ələkbərova,İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli,Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri,Umud Mirzəyev-Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Şəhla İsmayıl-Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti, NiyaməddinOrduxanov-Bələdiyyələrin İnkşafına Yardım İctimai Birliyinin sədri, hüquqşünas Ələsgər Məmmədli, Sahib Fərzəliyev- Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri, Zenfira Mustafayeva-Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım birliyinin sədri,ƏhmədAbbasbəyli-Cəmiyyətin və Vətəndaş Münasibətlərinin inkişafı İctimai Birliyi, Səidə Qocamanli – İnsan haqqları və qanunçuluğun müdafiə bürosunun sədri,Səadət Bənənyarli – Beynelxalq Insan  Huquqlari Cemiyyetinin sədri, Aynur Camalqızı-Azerbaycan MilliQadın Konsensus Mərkəzi,Məleykə Əlizadə-Gəncə Regional Qadın Mərkəzinin sədri, Yeganə Hacıyeva, Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, Aqil Camal, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri,Ramil Iskəndərli, “Hüquqi Təhlil və Aaraşdırmalar” İctimai Birliyinin sədri, Kəmalə Aşumova-Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sədri,Əliməmməd Nuriyev-Konstitusiya Araşdırmaları Fondunun sədri, Mayis Əliyev-Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri, Mirvari Qəhrəmanova-Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi; Rəfail Becanov-Məmmədov Ayaz, Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin sədri, Gülayə Səfərova-Ailə DünyasıAilələrə Hüquqi Yardım İctimai Birliyinin sədri,Şəmsəddin Əliyev “Polisə dəstək” İctimai Birliyinin sədri, Qalib Nəbiyev,İradə Yaqubova-“ELS Müstəqil araşdırmalar Mərkəzi” İnkişaf Birliyinin sədri iştirak ediblər.
Konfransda ümumilikdə-hakimiyyət və QHT-lər arasındakı münasibətlərin inkişaf etdirilməsi, qanunvericilikdə aparılması tələb olunan dəyişikliklər, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarına münasibət və ənənəvi qarşıdurma ruhunun aradan qaldırlması yolları, məhkəmə hüquq sisteminin mövcud vəziyyəti və baş verən bir sıra neqativ halların, qanunsuz qərarların müxtəlif ictimai mexanizmlərlə aradan qaldırılmasının vacibliyi, mərkəzi və yerli qeyri-dövlət təşkilatlarının çalışması üçün uyğun yer və digər maliyyə-texniki xarakterli çətinliklərin son illərdə artmasının səbəbləri,QHT-lərin qeydiyyata qədərki və sonrakı fəaliyyətlərini həyata keçirərkən üzləşdikləri məhdudiyyətlər, insan hüquqları və ərazi bütövlüyünün təminatı siyasətinin vahid bir xəttə çevrilməsi zərurəti, hüquqi cəmiyyətin maarifləndirmədən keçdiyi həqiqətinin idarəetmə orqanları tərəfindən qəbul edilməsi üçün müxtəlif bürokratik əngəllərin aradan qaldırılması,qadın və uşaqların hüquqlarının qorunması zamanı ortaya çıxan problemlər, vətəndaş cəmiyyətinin inkişafı üçün münasib mühitin yaradılması, əlilliyi olan şəxslərin üzləşdiyi problemlər, təhsil hüququ, qht-lərin qeydiyyat problemləri, regionlarda insan hüquqlarının pozulması ilə əlaqədar müraciət problemləri, qanunların tətbiqinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə dair məsələlər müzakirələrin əsasını təşkil edib.
Sonda Komitə sədri Zahid Oruc görüşdə fəal iştirak edən və müxtəlif təkliflər səsləndirən QHT rəhbərlərinə təşəkkür  edərək onların fikir və təkliflərinin diqqətlə araşdırılacağı və onların yüksək dövlət, hökumət, qanunverici orqan rəhbərlərinə çatdıralacağını, gələcək əməkdaşlığın belə dialoqlardan keçdiyini qeyd edib.Komitə ilə birgə daha böyük layihələrin həyata keçiriləcəyinə dair təşəbbüslər hamı tərəfindən dəstəklənib.
Görüşdə çıxış edən tanınmış ictimai xadimlərin hər birinin çıxış və təkliflərindən hazırlanan geniş açıqlama yaxın vaxtlarda kütləvi informasiya vasitələrinə təqdim olunacaqdır.
  •  (0)
  •  (1)