İngiltərədə gizli təşkilat yaradıldı – ŞOK SƏBƏBbackend

İngiltərədə gizli təşkilat yaradıldı – ŞOK SƏBƏB

İngiltərədə 200-dən çox keçmiş əsgərdən ibarət gizli silahlı ordu qurulub. Bu təşkilatın peyvənd mərkəzlərinə hücum edərək küçələrdə xaos yaratmağa hazırlaşdıqları ortaya çıxıb.

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, bir müxbirin qrupa sızaraq əldə etdiyi məlumata görə, “Azadlıq üçün köhnə əsgərlər” adlı bu qrup Kral Dəniz Qüvvələrinin keçmiş komandanı tərəfindən qurulub.

Qrupun İngiltərədəki 16 əməliyyat bölümündən ibarət olduğu və gizli bir inzibati komanda ilə əlaqəli olduğu qeyd edilib. Qrup azadlıqlarının vaksin yolu ilə alındığını, uşaqların vaksin olunmasına və peyvənd pasportlarına qarşı olduqlarını bəyan edib.

Bu təşkilat hökumətin cinayətkarlar tərəfindən idarə olunduğunu iddia edir.

  •  (0)
  •  (0)