İnfeksionistdən QORXUDAN PROQNOZ: Azərbaycanda BU TARİXDƏN yoluxma artacaqbackend

İnfeksionistdən QORXUDAN PROQNOZ: Azərbaycanda BU TARİXDƏN yoluxma artacaq

“Hazırda epidemioloji durum nəzarət altındadır. Ötən aya baxanda gündəlik yoluxmaların sayı 2, 2.5 dəfə azalıb. Hesab edirəm ki, bu, getdikcə azalacaq. Yaxın aylarda daha da aşağı düşəcək. Amma hələ ki dördrəqəmlidir. Əgər ikirəqəmliyə düşərsə, bu nəticə daha ürəkaçandır”.

Hokm.az xəbər verir ki, bu açıqlamanı Yeni Musavata Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib. İnfeksionist deyir ki, yoluxmanın dördrəqəmli olması hər zaman epidemiyanın yenidən alovlanaraq yoluxma göstəricilərinin artmasına gətirib çıxara bilər. Vüqar Cavadzadə onu da əlavə edib ki, məktəblərin, universitetlərin açılması yoluxmaların artmasına zəmin yarada bilər:

“Sadə hesablama aparsaq, 150 min şagird, 150 min tələbə universitetə gedəcək, istər-istəməz metrodan, ictimai nəqliyyatdan istifadə edəcək. Ona görə yoluxmaların artması gözləniləndir. Məktəb, universitet, bağçaların açılması yoluxma sayının artmasına zəmin yaradacaq. Növbəti aylarda artımlar baş verə bilər. Son günlər hərarətlə müşahidə olunan əlamətlərin böyük əksəriyyəti COVİD infeksiyasıdır. Bəzi özəl məktəblər açılıb, orada uşaqlar arasında da koronavirus aşkar edilib. Bu kimi məlumatları sosial şəbəkələrdən eşidirik. Əgər uşaqlar arasında hərarət və digər əlamətlərə rast gəlinirsə, çox güman ki, koronavirus infeksiyasıdır. 37-38 arası hərarət tibbdə subfebril hərarət sayılır. COVİD-də də subfebril hərarət olur. Başlanğıcda 37.2, 37.3 hərarət olur. Sonradan isə artmağa doğru gedir, bir neçə gün sonra 38-ə də keçə bilir”.

V.Cavadzadə qeyd edib ki, heç bir halda vaksinasiyadan imtina etmək olmaz:

“Vaksinasiya hər zaman gündəmdə, aktual olmalıdır. 18 yaşdan yuxarı hər kəs vaksinasiyadan keçməlidir. Hətta xəstəliyi keçirən insanlar var ki, onlarda da antitellər yaranmır. Sağlam şəxslər də vaksinasiya olunur, onlarda antitellərin miqdarı zəif olur. Yaxud da xəstəliyi keçirir sağalır, qanda yaranan antitellər 3-4 aydan sonra itir. Yəni bu o deməkdir ki, o insan təkrar yoluxub xəstələnə bilər. Ona görə vaksinasiya hər zaman aktual olmalıdır. İkinci doza vaksini vurduran üçüncü dozanı da vurdurmalıdır. Kollektiv immunitetdən söhbət gedirsə, axı yaranan immunitet altı ay davam edir. 6 aydan sonra biz COVİD-ə yoluxub xəstələnə bilərik. Ona görə vaksinasiya olunmaq mütləqdir”.

  •  (0)
  •  (0)