Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şansın verilib-verilməyəcəyi ilə bağlı yayılan məsələyə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, sədr jurnalistlərə açıqlamasında bildirib ki, qayda-qanunu pozanlara qətiyyən ikinci şans verilməyəcək:
“Bacarana baş qurban”, “mən aldatdım” deyənlər “qəhrəmana” çevrilirlər. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Onlar elə bir şərait yaradır ki, kimdəsə inam ölür. Onlara ikinci şans verilməsini deyənlər nə üçün minlərlə uşağı deyil, yalnız qayda-qanunu pozanları fikirləşirlər?
Onlar bu addımı bilə-bilə atıblar. Onların bu il müsabiqədə iştirak etmək hüququ yoxdur, qaydalarda bu qeyd edilib”.