İmkansız vətəndaşlara yardım ediləcək – Rəsmibackend

İmkansız vətəndaşlara yardım ediləcək – Rəsmi

“Bu dövrdə günəmuzd işləyən imkansız vətəndaşlarımız var. Onlar heç də narahat olmasınlar”.

Hokm.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-yə müsahibəsində deyib.

Qurum rəsmisi bildirib ki, sosial müdafiə ilə bağlı paketin müzakirəsinin son mərhələsidir:

“Bu kateqoriyadan olan vətəndaşlar dövlətin himayəsindədirlər. Düşünməsinlər ki, dövlət onları unudub. Bu paket elan ediləcək”.

  •  (0)
  •  (0)