İmişlidə ağır qəza: Bir ölü, üç yaralıbackend

İmişlidə ağır qəza: Bir ölü, üç yaralı

İmişli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobil VAZ-2107 markalı avtomobillə toqquşub. Qəza nəticəsində Biləsuvar rayonunda müvəqqəti məskunlaşan Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Vəliyev Tahir Cavad oğlu hadisə yerində dünyasını dəyişib.

Avtomobillərdə olan 1987-ci il təvəllüdlü, İmişli rayon sakini, Abbasov Dəyanət Allahverdi oğlu, Beyləqan sakinləri, 1989-cu il təvəlüdlü Mehdiyev Rauf Binnət oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Eldar Zakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

D. Abbasov Şirvan, digər yaralılar isə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.report

  •  (0)
  •  (1)