İmicini dəyişib, sevgilisinin yerinə imtahan verdibackend

İmicini dəyişib, sevgilisinin yerinə imtahan verdi

Seneqalda buraxılış imtahanı  zamanı  maraqlı  olay yaşanıb. 

Hokm.az Unikal.org-a istinadən xəbər verir ki,  22 yaşlı kollec tələbəsi Xadim Mboup sevgilisinin əvəzinə  buraxılış imtahanına girib.  Belə  ki,  o, sevgilsinin geyimlərini  geyinərək, üzünü maska ilə  örtüb. Lakin gəncin hərəkətləri və nitqi müəllimlərin diqqətini  çəkib.  İmtahan zamanı aparılan yoxlamada məlum olub ki,  lisey  məzununun yerinə  kollec tələbəsi  imtahan veribmiş.

Xadim imtahandan azad olunub. Daha sonra  imtahan qaydalarını  pozduqlarına görə,  hər iki gənc  polis tərəfindən saxlanılıb.

  •  (1)
  •  (2)