İyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğlu ilə bu post uğrunda mübarizə aparan digər namizəd Binəli Yıldırımın iştirakı ilə canlı yayım olacaq.
“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, namizədlərin iştirak edəcəyi canlı yayım TRT telekanalında baş tutacaq. Verilişin günü və saatı isə bazar ertəsi açıqlanacaq.
Qeyd edək ki, namizədlərin görüşü bir moderator tərəfindən idarə olunacaq.
















