İlklər həmişə yadda qalan olur…backend

İlklər həmişə yadda qalan olur…

ILK.AZ saytı Azərbaycanda ən populyar və adından söz etdirməyi bacaran əyləncə portalıdır. Sayt fəaliyyətə başladığı ilk dövrlərdən diqqət çəkməyi, oxucu kütləsi toplamağı, bu sektorda olan boşluğu doldurmağı bacarıb. Portalın əsas məqsədi müxtəlif mövzularla bağlı oxucuları məlumatlandırmaq, bəzi hallarda onları maarifləndirmək, əyləndirmək, düşündürmək, zövqlərini oxşamaqdır.

Saytda bir çox bölmə mövcuddur. Məsələn, “Filmlər”, “Sağlamlıq”, “Gündəm”, “Yuxuyozma”, “Məşhurlar”, “Ordan-Burdan” və s. Adıçəkilən bölmələrdə müxtəlif tipli məlumatlar, xəbərlər, məsləhətlər yer alır. Sağlamlıq bölməsinə daxil olaraq, hər hansı bir xəstəliklə bağlı geniş məlumatı oxuya və ya artıq çəkidən necə xilas olmağın yollarını öyrənə bilərsiniz. Filmlər bölməsində müxtəlif janrdan olan filmlər, onların mövzusu, aktyor heyəti və rejissoru haqqında ətraflı öyrənə bilərsiniz. Bölmələrdə yer alan məqalələr keyfiyyəti və ən xırda detallara qədər əks olunması ilə seçilir. Məsələn, ilk.az saytının Yuxuyozma bölməsində yuxuda görülən müxtəlif əşyaların, heyvanların, hadisələrin, məfhumların mənalarını, hansı şəkildə yozulduğunu öyrənə bilərsiniz.

Saytımızın digər saytlardan bir səra üstün cəhətləri vardır. Oxucular burada müxtəlif testlərlə tanış ola və həmin testlərdən keçə bilərlər. Testlər katiqorik olaraq psixoloji, məntiqi, gələcəklə bağlı və digər növləri əhatə edir. Həmçinin, saytda “Ad günü təbriki”, “Bayram təbriki”, “Sevgililər günü təbriki” kimi təbrik xarakterli mesajlar, ithaflar, təbrik mətnləri yer alır. Bunlardan istifadə edərək doğmalarınızı, sevdiklərinizi sevindirə bilərsiniz.

İstifadəçilərin ilk.az-da vaxtını səmərəli keçirməsi üçün bütün detallar nəzərə alınıb. Yeni istifadəçilər də saytımızla tanış olduqdan sonra məqalələrimizi oxumağa, burada daha çox vaxt keçirməyə üstünlük verirlər. ILK.AZ-da yer alan, xəbərləri, maraqlı məlumatları paylaşmaq, digər insanların da oxumasını təmin etmək olduqca sadədir. Onları “Facebook”, “WhatsApp”, “Twitter” kimi sosial şəbəkələrdə paylaşa bilərsiniz.

  •  (1)
  •  (0)