Məşhur İngilis aktyor Ian McKellen, yeni koronavirus peyvəndi vurulan ilk məşhur ad olub.
Hokm.az xəbər verir ki, ilk peyvənd ona vurulduğu üçün şanslı olduğunu söyləyən McKellen, hamını peyvənd olunmağa çağırıb.

81 yaşlı aktyor, İngiltərənin paytaxtı Londonda yerləşən Kraliça Mary Universitet Xəstəxanasında peyvəndin ilk iki dozasını vurdurub.
“Çox xüsusi bir gündür. Özümü boğulmuş kimi hiss edirəm. Yaşadığım üçün əvvəllər vurulan peyvəndlərə çox borcluyam. Yaşlı nəsildə peyvənd vurma nisbəti yüzdə-yüz olsa daha yaxşı olar. Çünki bunu yalnız özünüz üçün, yaxınlarınız üçün, cəmiyyət üçün edirsiniz”, – deyə aktyor bildirib.MediaBaku.az
















