İlham Əliyeydən İrəvana SON ŞANS:Yeni müharibə başlaya bilərbackend

İlham Əliyeydən İrəvana SON ŞANS:Yeni müharibə başlaya bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə jurnalistlərin 2021-ci ildə ölkədə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb. Bu cavabların əksəriyyətində Azərbaycanın iqtisadi inkişafı, Vətən Müharibəsində qarşılaşdığı problemlərə, Qarabağ və Zəngəzurda həyata keçirilən layihələrə, post müharibə dövründə Silahlı Qüvvələrin inkişafına, hərbi infrastrukturun yaradılmasına toxunulub.

Prezident İ.Əliyevin iqtisadi artım, sənaye istehsalı, investisiyalar, xarici ticarət balansı, valyuta ehtiyatları, neft amili, iqtisadi və siyasi müstəqillik barədə toxunduğu məsələləri mütəxəssislər mətbuatda kifayət qədər şərh edib. Mən yalnız dövlət başçımızın enerji və ərzaq təhlükəsizliyi, şəhid ailərinin, əlillərin və aztəminatlı ailələrin rifahının yüksəldilməsi, ATƏT və Aİ ilə münasibətlər, mina təmizləmə, sülhməramlıların fəailiyyəti, Qarabağ, Zəngəzur və Ordumuz ilə bağlı verdiyi bəyanatlardan məlum olan faktları ardıcıl olaraq təqdim edərək onlar barədə bəzi fikirlərimi çatdıracaq.

1. Dövlət başçısının yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməli qoyulması barədə ilk açıqlamanı da bu müsahibədə təqdim etdi. Bu Laçın rayonunun Güləbird kəndində tikilən Su Elektrik Stansiyasından 30 dəfə artıq enerji istehsalı deməkdir. Bu enerjinin gələcəkdə Abşeron yarımadasının hava hücumundan təhlükəsizliyinin təmin edilməsində istifadəsi istisna deyil.

2. Yanvarın 1-dən minimum əməkhaqqının 20 faiz, minimum pensiyanın 20 faiz, təqaüdlərin, sosial müavinətlərin artırılmasına 1,5 milyard manat vəsait xərclənməsi də insanlarımızn rifahının yaxşılaşmasına xidmət edəcək. Bu kompleks tədbirlər 2 milyona qədər aztəminatlı vətəndaşımızı əhatə edib. Minimum əməkhaqqının artım səviyyəsinin dövlət başçımızı qane etməməsi, yaxın perspektivdə və imkan daxilində digər kateqoriyadan olan vətəndşların, o cümlədən veteran və ehtiyatda olan hərbçilərin də sosial rifahının yaxşılaşdırılmasını gözləməyə əsas verir.

3. Ərzaq asılılığını azaldılmasını təmin etmək üçün azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb. Başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək istiqamətində fəaliyyətlər həyata keçirilir.

4. Şəhid ailələri və müharibə əlilləri dövlət tərəfindən 10 minə yaxın mənzillə təmin edilib. Əlillərə 7400 avtomobil verilib. Birinci Qarabağ müharibəsinin iştirakçıları və əlillərindən 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçılarına və şəhid ailələrinə isə 750 mənzil verilib. Proses davam etdirilir. Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara sığorta məbləğinin ödənilməsi bu il, mənzil verilməsi isə iki il ərzində, növbədə duranların hamısına mənzillərin verilməsi başa çatdırılacaq.

5. İkinci Qarabağ müharibəsində iştirak edən əlillərə və şəhid olanların ailəsinə də yaxın bir neçə il ərzində eyni şərait yaradılacaq.

6. Şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması üçün onlara ödənilməsi nəzərdə tutulan müavinətlərin məbləği müntəzəm olaraq artırılması, bu kateqoriyadan olan insanların daim dövlətimizin diqqət mərkəzində olmasının göstəricisidir. Onların işlə təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilməsi, müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilməsi buna sübütdur. Biznes strukturları da şəhid ailələrinə və əlillərə qayğı göstərməsi, onların həm işlə təmin olunması, həm onlara maddi yardım göstərilməsi barədə Prezidentimizin müraciətinə reaksiya verməlidirlər.

7. Mina təmizləmə yaxın ildə də azad edilən ərazilərdə həyata keçirilən fəaliyyətlərin ilkin vəzifəsi olaraq qalacaq. Bu sahədə həm ANAMA, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi aktiv fəaliyyətləri bir qədər günişləndirilə bilər.

8. Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və digər Ermənistanla həmsərhəd olan ərazilərdə çəkilən 700 kilometrə yaxın yol hərbi məqsədlərlə istifadə edilməklə hissə və bölmələrimizin mümkün təxribatlara reaksiya müddətini minimuma endirir. Ümumilikdə isə bu yeni yollar əməliyyatlar teatrında qoşunlarımızın manevr imkanları dəfələrlə artırır.

9. Yeni inşa edilən 7 ədəd elektrik yarım stansiyası Qarabağ və Zəngəzurda təhlükəsizliyi təmin edən hissə və bölmələrin fasiləsiz elektrik təchizatını təmin edəcək.

10. Zəfər yolu istismar edilir, ikinci Fizuli-Şuşa magistral yolu çəkilir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın və əlavə yolların çəkilməsi davam edir. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox, Kəlbəcər ilə Laçın arasında isə uzunluğu 4 kilometr olan iki tunel inşa edilir. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Naftalan isə Talış və Suqovuşanla birləşdirilir. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmlidir. Naftalan kimi Suqovuşan və Ağdərə ərazisini turizm mərkəzinə çevirilməsi, eyni zamanda, insanların ora qayıtmasını təmin edilməsi barədə dövlət başçısının verdiyi bəyanatdan məlum olur ki, Ağdərənin nəzarətimizə keçməsi zaman məsələsidir.

11.Fizuli hava limanı istifadə edilir. Zəngilan hava limanında inşaat davam edir, Laçın hava limanının isə texniki iqtisadi əsaslandırılması hazırlanır.

12. Bərdə-Ağdam dəmir yolu ilə bərabər Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanıb. Burada Prezidentimizin təkrar dəhliz ifadəsindən istifadə etməsi təsadüfi ola bilməz.

13. İnşaat işlərində şəffaf və tender əsasında aparılması üçün xüsusi göstərişlərin verilməsi, hər hansı bir xoşagəlməz hallara yol verənləri çox sərt cəzaların gözlədiyindən xəbər verir.

14. Dövlət məmurlarınım işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət etməsi, xoşagəlməz halların sayının azalmasına yardım edəcək. Prezident İ.Əliyevin bütün sahələrdə ASAN modelinin tətbiqi barədə təklifi də diqqətəlayıqdir.

15. Şuşada, Ağdamda və Zəngilanda artıq yaşayış komplekslərinin, məktəblərin və xəstəxanaların inşası davam edir. Ağalı kəndinin istifadəyə verilməsi Novruz bayramına qədər baş tutacağı gözlənilir.

16. Ali Baş Komandanın hərbi quruculuq məsələlərini daim diqqətdə saxlaması, ən böyük xərcləri hərbi sahəyə ayrılması da Ermənistanda mövcud olan hakimiyyətə verilən aydın mesajdır.

17. Azərbaycan Vətən Müharibəsində sərf etdiyi sursat arsenalını bərpa etmək üçün müqavilələr bağlayıb. Artıq silah və sursat tədarükü davam edir. Müxtəlif xarakterli müasir silah sistemlərinin alınması da gündəmdədir.

18. İkinci Qarabağ müharibəsi zamanı Böyük Qələbə əldə edən Silahlı Qüvvələrimizin döyüşlərdə qazandığı zəngin təcrübəsi, bundan sonrakı fəaliyyətlərin planlaşdırılmasında mühüm rol oynayacaq. Müharibə hansı silah və bölmələrin istifadə edilmədiyini, hansından məhdud formatda istifadə edildiyini, yaxud da hansıların zəif olduğunu göstərdi. Bu böyük təcrübə gələcək fəaliyyətlərdə geniş istifadə ediləcək.

19. Ali Baş Komandan artıq komando hərbi hissələri deyil, komando qüvvələrinin yaradılması barədə məlumat verməsi, yaxın perspektivdə mobil və çevik hissələrin artırılmasını gözləməyə əsas verir.

20. Hər dəfə olduğu kimi, bu dəfə də dövlət başçısı xüsusi təyinatlı qüvvələrin İkinci Qarabağ müharibəsi zamanı fəaliyyətlərinə yüksək qiymət verdi. Komando və xüsusi təyinatlı qüvvələrin təkmilləşdirilməsi fasiləsiz olaraq davam etdiriləcəyi şübhə doğurmur.

21. Ali Baş Komandan İ.Əliyevin Azərbaycanın təhlükəsizliyinə təhdid törədən elementlərin Ermənistan ərazisinin hansı dərinliyində yerləşməsindən asılı olmayaraq, dərhal məhv edilməsi barədə bəyanatı Ermənistan rəhbərliyi üçün kifayət qədər ciddi siqnal, Azərbaycan hərbi komandanlığı üçün konkret əmr kimi başa düşülməlidir.

22.Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü imkanlara malik olacaq. Silahlı Qüvvələrimiz düşmənin səhvlərini də təhlil etməli, xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qorumaq üçün döyüş hazırlığını daim yüksək səviyyədə saxlamalıdır.

ardı var…

Ədalət Verdiyev, hərbi ekspert

  •  (0)
  •  (0)