İlham Əliyevlə Həsən Ruhaninin görüşü olacaqbackend

İlham Əliyevlə Həsən Ruhaninin görüşü olacaq

İran Prezidenti Həsən Ruhani Soçidə baş tutacaq Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Prezident Administrasiyası məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlərin ən vacib məsələlərinin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Hokm.az

  •  (0)
  •  (0)