İlham Əliyev xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə AÇIQLADIbackend

İlham Əliyev xüsusi əməliyyatın detallarını ukraynalı jurnalistə AÇIQLADI

Ukraynanın məşhur hərbi jurnalisti və ictimai aktivisti Roman Boçkala Bakıda işgüzar səfərdə olan zaman Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə almaq imkanına malik olub.

Hokm.az xəbər verir ki, Roman Boçkala bu barədə özünün feysbukdakı səhifəsində bildirib.

O, qeyd edib ki, Azərbaycanın dövlət başçısı işğal edilmiş ərazilərin azad olunmasının təfərrüatlarını danışıb.

“Bu gün Azərbaycan Prezidentinə sual vermək imkanına malik oldum. İşğal edilmiş ərazilərin azad olunması üzrə xüsusi əməliyyatın təfərrüatları məni maraqlandırırdı. Qısa müddətə. 44 gün. İlham Əliyev bunun necə əldə edildiyini açıqlayır. Sadəcə dinləyin. Şlyapanı çıxarıram”, – Roman Boçkala qeyd edib.

Azərbaycan rəhbəri bildirib ki, düşmən öz mövqelərini möhkəmləndirmək üçün mümkün olan hər şey edib. Amma Azərbaycan hərbçilərinin şücaəti sayəsində yenə də işğalçılara qalib gəlməyə müvəffəq olduq:

“Düşmən demək olar, 30 il ərzində müdafiə xəttini çox fəal şəkildə gücləndirib. Və hətta nə vaxt, azad edilmiş ərazilərə baş çəkirsən – yəqin siz də həmçinin gördünüz, xüsusilə Fizuli istiqamətində, – orada bir neçə müdafiə xətti var.

Üstəlik, uzunmüddətli atəş nöqtələri, hətta onların bütün səngərləri atəşə tutuldu ki, əgər biz ora girsək, artilleriya atəşinə məruz qalmayaq. Buna görə müdafiənin yarılması böyük cəsarət tələb edirdi.

Və bizim müdafiənin xəttini dağıdan hücum bölmələrimiz, əsl qəhrəmanlıq göstərdi. Buna görə əsas vəzifə müdafiənin xəttini yarmaq idi.

Həm də biz təxminən bilirdik, onlar bizi harada gözləyirlər və biz elə yerdən gedirdik ki, haradan hətta təsəvvür etmələri çətin idi.

Onlar indiyə qədər anlaya bilmirlər ki, biz Şuşaya girdik.

Budur, onlar bəzən mətbuatda bir-birlərindən soruşurlar, deməli nə vaxtsa anlayacaqlar”.

Prezident İlham Əliyev qeyd edib ki, əsasən xüsusi təyinatlı dəstələr və aviasiya insan tələfatının minimallaşdırmasında böyük rol oynayıblar. Hərbçilərin koordinasıya olunmuş işi və planlaşdırmaları əməliyyatın müvəffəqiyyətlə başa çatımasına gətirib çıxardı.

  •  (0)
  •  (0)