İlham Əliyev Prezident Administrasiyası ilə bağlı SƏRƏNCAM İMZALADIbackend

İlham Əliyev Prezident Administrasiyası ilə bağlı SƏRƏNCAM İMZALADI

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.
Hokm.az xəbər verir ki, bu haqda Prezident Administrasiyasından məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin yeni köməkçiləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.
Qarşıya qoyulan vəzifələrə uyğun olaraq eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim ediləcək.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu ilə bağlı müvafiq sənədlər Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında  (www.president.az ) yerləşdirilib.

  •  (0)
  •  (0)