İlham Əliyev Natiq Əmirovu yeni vəzifəyə təyin etdi – SƏRƏNCAMbackend

İlham Əliyev Natiq Əmirovu yeni vəzifəyə təyin etdi – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev N.Ə.Əmirovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Hokm.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezidentin sərəncamında deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin”.

  •  (0)
  •  (0)