İlham Əliyev Ərdoğanı Azərbaycana səfərə dəvət edibbackend

İlham Əliyev Ərdoğanı Azərbaycana səfərə dəvət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib.

Hokm.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dəvət minnətdarlıqla qəbul olunub.

Qeyd edək ki, bu gün – mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar.

  •  (0)
  •  (0)