İlham Əliyev: “Açarıq sandığı, tökərik pambığı”backend

İlham Əliyev: “Açarıq sandığı, tökərik pambığı”

Müharibə sona qədər davam etsə, Azərbaycan Ordusu Ermənistanın bütün ordusunu məhv edəcək.

Hokm.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Türkiyənin “Habertürk” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı xatırladıb ki, Rusiyanın Ermənistanda hərbi bazası var: “Orada 5 min əsgər var. Türkiyənin Azərbaycanda hərbi bazası varmı? Yoxdur. Ermənistan sərhədini Türkiyə, İran və Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri varmı? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Necə deyərlər, açarıq sandığı, tökərik pambığı”.

  •  (0)
  •  (0)