İkinci dalğa başladı: 3 kənd KARANTİNƏ ALINDIbackend

İkinci dalğa başladı: 3 kənd KARANTİNƏ ALINDI

Çaqeri rayonunun 3 kəndi koronavirus səbəbi ilə karantinə alınıb.

Hokm.az xəbər verir ki, bu barədə Raca-Leçxumi və Aşağı Svaneti bölgəsinin qubernatoru, Giorgi Makaraşvili açıqlama verib.

Onun sözlərinə görə, kəntlərin karantinə alınmasına səbəb sözügedən kəntlərdə koronavirusa yoluxanların sayının artması olub.

Karantinə alınan kəndlər Çaqeri Bələdiyyəsinin Orbeli, Lacana və Lailaşi kəndləridir. Həmin kəndlərdə bu gün 7 yoluxma halı qeydə alınıb.

Qubernator sözügedən kəndlərdə kütləvi testlərin alınacağını bildirib.

Qeyd edək ki, Çaqeri Bələdiyyəsində koronavirusa yoluxanların ümumi sayı 12 nəfərdir.

Xatırladaq ki, Baş nazir Giorgi Qaxaria Gürcüstanda koronavirus panidemiyasının ikinci dalğasının başladığını bildirib.(publika.az)

  •  (1)
  •  (2)