İki gənc qız metroda tunel istiqamətində qaçdılar – “20 Yanvar” stansiyasındabackend

İki gənc qız metroda tunel istiqamətində qaçdılar – “20 Yanvar” stansiyasında

İki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.

Hokm.az xəbər verir ki, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb.

Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb.

Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.

  •  (0)
  •  (0)