İki dəfə raket hücumuna məruz qalmış məktəbdə ilk zəng çalındı – FOTObackend

İki dəfə raket hücumuna məruz qalmış məktəbdə ilk zəng çalındı – FOTO

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı erməni terrorçularının hücumlarına məruz qalan Tərtər rayonunun Vüqar Cəfərov adına Əskipara kənd tam orta məktəbin inzibati binası müharibədən sonra yenidən təmir edilərək istifadəyə verilib.

“Report”un məlumatına görə, məktəbin şagirdləri və pedaqoji kollektivi “Məktəb hədəf deyil” şüarı ilə ilk dərs gününə başlayıblar.

Məktəbin direktoru Sərxan Budaqov bildirib ki, bu məktəbə ermənilərin iki ağır raket zərbəsi endirilib. Nəticədə məktəb binası dağılıb və tamamilə yararsız hala düşüb:

“Bu gün artıq o ağır, çətin günlər geridə qaldı. Torpaqlarımızı Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və dəmir biləkli igid oğullarımızın sayəsində azad etdik”.

S.Budaqov əlavə edib ki, cari tədris ilində 41 şagirdin təlim-tərbiyyəsi və təhsili ilə məktəbin 24 nəfər pedaqoji kollektivi məşğul olacaq. Məktəb pandemiya şərtlərinə uyğun ləvazimatlarla təmin edilib.

  •  (1)
  •  (0)