İctimai yerlərdə niqabdan istifadə qadağan olundubackend

İctimai yerlərdə niqabdan istifadə qadağan olundu

İsveçrə vətəndaşları dünən keçirilən referendumda demək olar, bütün ictimai yerlərdə üz nahiyəsini gizlədən baş geyimlərindən istifadədən qadağan olunması haqqında təklifi dəstəkləyiblər.

Rəsmi məlumata əsasən, bu təklifə seçicilərin 51,2%-i səs verib.

Qadağa xüsusi halda müsəlman qadınların üzü tamamilə gizlədən baş geyimlərinə aiddir.

İsveçrə KİV-i qeyd edib ki, ölkədə təxminən 400 min müsəlman yaşayır. Onların əksəriyyəti bu baş geyimlərindən istifadə etmir.Report

  •  (0)
  •  (1)